“Qəbiristanlıq mafiyası” getdi, növbə “şadlıq evi mafiyası”nındır
Bizi izləyin

Qırmızı.az

“Qəbiristanlıq mafiyası” getdi, növbə “şadlıq evi mafiyası”nındır

“İllərdir toy və yas mərasimlərində israfçılıq mövzusunda danışmaqdan yorulmuşduq, təkrar-təkrar israfçılığın qarşısının alınmasını vurğulayırdıq. Təşəkkür edirəm Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya ki, illər boyu həlli təxirə salınan bu problemi yarı inzibati üsullarla da olsa çözməyə başladı”.

Bu barədə millət vəkili Fazil Mustafa öz facebook səhifəsində yazıb. Publika az xəbər verir ki, deputat yas mərasimlərinin yeni qərardan sonra düzəldiyini deyir: “İki gündür bir neçə hüzür yerində oldum. Hüzür yeri ona görə deyirəm ki, bizdə işlənən "Xeyir-Şər" ifadəsinin şər hissəsini yasa aid etmək doğru deyil. İnsan ölümü Şər deyə xarakterizə oluna bilməz, səbəbsiz yerə ölüm Haqqdır demirlər ki... Son illərdə ən çox məmnun qaldığım mənzərənin şahidi oldum. Açığı illərdir bu mövzuda danışmaqdan da yorulmuşduq ki, təkrar-təkrar israfçılığın qarşısının alınmasını vurğulayırdıq. Təşəkkür edirəm Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya ki, illər boyu həlli təxirə salınan bu problemi yarı inzibati üsullarla da olsa çözməyə başladı”

Millət vəkili bu qərara ağlı başında olan hər bir Azərbaycan vətəndaşı üzdə də, içində də bu addıma sevindiyini deyir. Onun sözlərinə görə, yas sahiblərinin işi də xeyli yüngülləşib: “Artıq kiminsə qarnını doyurmaq əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini düşünməyə daha çoxt vaxt ayıra biləcəklər. Hələ qəbir yerlərinin ayrılmasında rüşvət də ortadan qaldırılsa, qəbiristanlıqlar movzoleyden çox səliqəli ziyarət məkanlarına çevrilsə, bu faydalı iş daha çox rəğbətlə qarşılanar. Narazı qalanlar da, təbii ki, olacaq. “Çadır mafiyası”, “Qəbiristanlıq mafiyası”, bəzi geriçi mollalar və s. Əsas vətəndaşın razı qalmasıdır”.

Millət vəkili hesab edir ki, bundan sonar növbə toy və şadlıq evi mafiyasına qarşı qətiyyətli hərəkətlərə gəlir. Fazil Mustafa hesab edir ki, bu məsələlərlə də birbaşa Mədəniyyət Nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır: “Bugünki toylar Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa mədəniyyətsizliyini dünyaya təbliğ edir. Bəlkə də, Qobustan qayalıqlarında ibtidai insanlar bu cür şərtlərdə rəqs etməkdən, şənlənməkdən utanardılar. Məcburi insanlara menyu adı ilə on-on iki növ yeməyi zibil kimi yedirdirlər. Bir salat 6-7 toyu yola verir. Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilməzsən. Bir dəfə xatırlayıram, toy sahibi təkid etmişdi ki, stollara viski qoymayın, şadlıq evi sahibi bildirmişdi ki, menyudan bunu çıxa bilmərəm. Məclisin gedişində toy sahibi viskiləri yığıb evə göndərmək istəyəndə, icazə verilməmişdi ki, ancaq burada içə bilərsiniz. O zaman toy sahibi hər stola yaxınlaşıb qonaqlara içdi-içmədi ucdantutma viski süzəndə şadlıq evinin sahibi yaxınlaşıb bildirmişdi ki, xahiş edirən ikisini götür apar, amma məni ziyana salma”.

Millət vəkili bildirir ki, 500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir: “Bəzən şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən tez toyu tərk etməsinin qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir? Buyurun, Mədəniyyət Naziri, siz də bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu Menyu terrorunu dayandıra biləcəksinizmi?”

Millət vəkili Türkiyədə bir dəfə tanınmış adamının toyunda iştirak etdiyini və heç bir fərq qoyulmadan hər kəsə bir növ yemək gətirildiyini deyir: “Bir dəfə tanınmış imkanlı adamının toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanlar sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də, inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq düzəltməliyik, həqiqətən də yasına, toyuna görə borca düşən, problemlər yaşayan insanlarımızı görəndə ürəyin acıyır”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm