• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Səhiyyə Nazirliyindən partlayışla bağlı AÇIQLAMA: 8 nəfər xəsarət aldı

Səhiyyə Nazirliyindən partlayışla bağlı AÇIQLAMA: 8 nəfər xəsarət aldı

Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a bildirib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Belə ki, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.

Bu vaxta kimi hadisə yerində ölən olmayıb.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR