Qənirə Paşayeva İranın vitse-prezidenti ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva İranın vitse-prezidenti ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva İranın vitse-prezidenti Şahindokht Molaverdiyə Azərbaycan həqiqətlərindən danışıb.

Millət vəkili özünün facebook səhifəsində bununla bağlı belə yazıb.” İranın vitse-prezidenti Şahindokht Molaverdi ilə Dünya Qadın Zirvə toplantısında görüşdən bir xatirə...Maraqlı söhbət etdik. Azərbaycan dilində çox gözəl danışan xanım Molaverdi Urmiya bölgəsi tərəflərdə doğulub. Hüquq təhsili ilə bərabər,elm və özəlliklə qadın məsələləri ilə geniş məşğul olub.Və prezident Həsən Ruhanı seçildikdən sonra vitse-prezident təyin olunub.Çox maraqlı söhbətimizin sonunda inşallah gələn dəfə Azərbaycanda görüşərik dedim və Azərbaycanla bağlı, həqiqətlərimiz, mədəniyyətimizlə bağlı material və hədiyyələrimizi təqdim etdik.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm