İki məktəbli qız birlikdə intihar etdi
Bizi izləyin

Qırmızı.az

İki məktəbli qız birlikdə intihar etdi

İki məktəbli qızın birgə intihar etməsi Yaponiyanı lərzəyə gətirib. İbtidai sinif şagirdləri olan 11 və 12 yaşlı qızlar hündürmərtəbəli binanın başına çıxıblar. Onlar ayaqqabılarını çıxarıb, ölümqabağı məktublarını qoyub və sonradan birlikdə paytaxt Tokioda yerləşən binanın səkkizinci mərtəbəsindən aşağı atılıblar.

İndi isə ölkədə əhali yalnız bir sual verir: məktəbli qızlar intihar nəyə görə edib?

Uşaqlar ölümqabağı məktub qoyub getsələr də, mətnin məzmunu məxfi saxlanılır. Hər iki qız məktubu valideyninə yazıb.

On bir yaşlı yaponiyalı qız intihar etdiyi binada yaşayıb. Onun rəfiqəsi isə yaxınlıqdakı binada yaşayıb. Bir yerdə oxuyan qızların məktəbdə heç bir problemlə üzləşmədiyi bildirilir.

İntihar edən qızlardan biri yerindəcə ölsə də, digəri az sonra keçinib.

Dünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, intihar edənlərin sayına görə Yaponiya dördüncü yerdədir. 2012-ci il statistikasında Yaponiyada 29,442 nəfərin vəfat etdiyi göstərilir. İntihar edənlərin sayına görə, Yaponiya Cənubi Koreya, Litva və Rusiyadan geri qalır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm