Ramil Səfərovun azad olunmasının sirri - Şok fakt
Bizi izləyin

Qırmızı.az

Ramil Səfərovun azad olunmasının sirri - Şok fakt

“Ramil Səfərovun azadlığa çıxmasında millətçi macar hökumətinin rolu böyük olub”.

“Axar.az” xəbər verir ki, bu sözləri Rus Müsəlmanlarının Milli Təşkilatının sədri Vadim Sidorov deyib.

O, hazırda macar hökumətinin rəhbərliyində dayananların sırf millətçilərdən təşkil olunduğunu bildirib:

“Macarıstanda seçkilərdə mühafizəkar Fides (Macar Vətəndaş İttifaqı) partiyası 54% səs toplayaraq hakimiyyətə gəlib. Onların tərkibində isə ultrasağçı Yobbik (Ən Yaxşı Macarıstan üçün) partiyası 17% səs yığa bilib. Bu iki millətçi partiya hakimiyyətdə təmsil olunur”.

Türk dövlətini müdafiə edən əsas qüvvə

Ekspert macar hökumətinin özü üçün əsas prinsip kimi turanizmi rəhbər tutduğunu qeyd edib:

“Macar hökumətində təmsil olun millətçilər nəinki antiqlobalist, antisemit və qaraçılara qarşı olmaqla yanaşı, pantürkist və turançı olduqlarını da bəyan ediblər. Bütün dünya Türkiyə üzərinə hücuma keçdiyi və Avropa İttifaqının Türkiyəni öz tərkibinə daxil etmədiyi bir vaxtda Macarıstan rəsmən 80 milyonluq bu türk dövlətini müdafiə edən əsas qüvvə olub”.

Hökumət hunlardan törədiyini təbliğ edir

O, Macarıstan hökumətinin özünü Turançı olduğunu sübut etməkdən ötrü açıq fəaliyyət apardığını vurğulayıb:

“Hökumət açıq-açığına özlərinin hunlardan törədiyini təbliğ etməyə çalışır. Hətta əski türk əlifbasının bərpa edilməsi ilə bağlı müəyyən işlər də görüblər. Bəzən Qərb alimləri buna görə onları tənqid edirlər”.

Genlərinin əsas hissəsi türk qanına aiddir

V.Sidorovun sözlərinə görə, Yobbik partiyası rəsmən fin-uqor əsilli olduqlarını rədd edib:

“Qərb alimlərinin dediklərində məntiqsizlik çoxdur. Əslində, macarların fin-uqorlarla uyğunluqları yalnız bir faiz təşkil edir. Onların genlərinin əsas hissəsi məhz türk qanıdır. Yobbik partiyası isə onların fin-uqor əsilli olmalarını Avstriya imperiyası alimlərinin uydurmasından başqa bir məna kəsb etmədiyini bəyan edib”.

Ramil Səfərov nədən Azərbaycana verildi?

Ən maraqlı məqam isə ekspertin Ramil Səfərovla bağlı dediyi sözlərdir:

“Yəqin xatırlayırsınız, Ramil Səfərov Qurgen Markanyanı Budapeştdə öldürmüşdü. Ona ömürlük iş kəsmişdilər. Amma sonradan o öz ölkəsinə, yəni Azərbaycana ekstradisiya olundu. Buna isə əsas səbəbkar macar millətçi hökuməti idi. Əvvəllər hökumət Azərbaycandan rüşvət almaqda günahlandırılırdı. Lakin sonradan hər şey bəlli oldu. Macar hökuməti bunu digər türk tayfalarından törəmə azərbaycanlılarla əlaqəni gücləndirməkdən ötrü etmişdi. Bununla onlar Türk Dünyasına daha yaxın olmağa çalışırlar. Əgər fikir versəniz, macarlarla Türk Dünyası, xüsusən, Azərbaycan və Türkiyə arasında isti münasibətlər məhz bundan sonra başladı”.

Ekspert turanizmin seçilməsində başqa bir məqsədin isə artıq böhranlar içində qıvrılan Avropadan qurtulmaq olduğunu göstərməyə çalışır: “Macarlar iqtisadi böhranların Avropanı cənginə aldığını yaxşı başa düşürlər. Ona görə Şərqə - öz soydaşlarına tərəf yönəlirlər. Türkiyə iqtisadiyyatı və zəngin karbohidrat yataqları məhz türklərin olduğu yerlərdədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm