Qənirə Paşayeva Xatınlıda müəllimlərlə görüşüb -FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Xatınlıda müəllimlərlə görüşüb -FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzun yaxşı təhsil göstəriciləri olan Xatınlı kəndində kənd məktəbini, müəllimləri, müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb.

Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq, başa çatmış dərs ilinin nəticələri, kənddə tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib.

Millət vəkilinə məlumat verilib ki, bu il orta məktəbi bitirən 33 nəfərdən 14 –ü ali məktəblərə qəbul olunmq üçün müraciət etmiş onlardan 9 nəfəri yaxşı ballarla ali məktəblərə daxil olmuşlar. Bundan başqa gənclərdən 2 nəfəri texnikumlara daxil olmuşlar. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsindəəməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib.

Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya müəllimlər yaxşı təhsil ənənələri olan Xatınlı kəndinin yeni məktəb binasına ciddi ehtyac olmasını deyiblər və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər. Müəlimlər yaxın gələcəkdə bu addımların atılacağına inandıqlarını deyərək qısa zamanda həllini gözləyən problemin həllinə millət vəkilindən yardımçı olmağı xahiş ediblər. Onlar bildiriblər ki, məktəbin mərkəzi istilik sistemi yoxdur və soyuq aylarda, qış aylarında siniflərin qızdırılması və uşaqlara normal şəraitdə dərs keçmə imkanları çox zəifləyir və məktəbə qısa zamanda istilik sistemi çəkilməsi çox vacib və önəmlidir və bu tədrisin keyfiyyəıtinə də öz müsbət təsirini göstərər.

Məktəbi tamamilə yenidən gəzən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğurdan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu və ya binanın ciddi əsaslı təmirinə böyük zərurət olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb. Millət vəkili məktəbin təcili istilik sistemi ilə təhciz olunmasına dair müəllimlərin təkliflərinin önəmli olduğunu xüsusi vurğuılayaraq bununla bağlı da Təhsil naziri Mikayıl Cabbarova, hökumətə və yerli icra hakimiyyətinə müraciət edəcəyinə dair müəllimlərə söz verib və problemin həllini tapacağına ümid etdiyini bildirib.

Millət vəkili kənddə eyni zamanda bu il tələbə adını qazanmış bir sıra gənclərlə, bir sıra şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm