BQXK-nin nümayəndələri 15 yaşlı azərbaycanlı girovla görüşüb
Bizi izləyin

Qırmızı.az

BQXK-nin nümayəndələri 15 yaşlı azərbaycanlı girovla görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin Dağlıq Qarabağ missiyasına Cavid Məmmədovun saxlanılması ilə bağlı məlumat çatırılıb. BQXK-nin Dağlıq Qarabağ missiyası sentyabrın 6-da həmin şəxsə baş çəkib. Bu barədə Publika.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynovanın sözlərinə görə, C.Məmmədovun ailəsinə onunla bağlı məlumat çatdırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Cavid Məmmədovla bağlı məlumatı araşdırdıqlarını və rəsmi sənəd hazırladıqlarını deyib.

“Həmin sənəd səlahiyyətimiz daxilində müvafiq qurumlara göndəriləcək. Bu istiqamətdə müvafiq işlər aparılır”.

Qeyd edək ki, 15 yaşlı Cavid Məmmədovun sentyabrın 6-da yerli vaxtla saat 18:10-da sərhədi keçmək istəyərkən erməni əsgərləri tərəfindən girov götürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm