Yas qadağasını pozanlar cərimələnir? – Rəsmi
Bizi izləyin

Qırmızı.az

Yas qadağasını pozanlar cərimələnir? – Rəsmi

“İsrafçılığın qarşısının alınması vətəndaşlarımız tərəfindən məmnunluqla qarşılanır”.

Bu sözləri Axar.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Ayaz İmaməliyev yas mərasimləri ilə bağlı qadağalardan danışarkən söyləyib. O, mərasimlərdə təmtərağın yığışdırılması barədə tövsiyyəyə əməl etməyənlərin 400 manat cərimələnməsi barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Bilmirəm, jurnalistlər nəyə əsaslanaraq bu məlumatı yayıblar. Bu qərar şifahi şəkildə ictimaiyyətə çatdırılır və tövsiyyə xarakteri daşıyır. İsrafçılığın qarşısının alınması vətəndaşlarımız tərəfindən məmnunluqla qarşılanır. Ona görə belə informasiyaların heç bir əsası yoxdur. Yəni bu, qadağan olunmayıb. Bununla bağlı gərək qanun olsun ki, qadağa və cərimə tətbiqi mümkün olsun. Qanun yoxdursa, cəza və ya cərimə necə tətbiq oluna bilər?”

Qeyd edək ki, bu gün Azvision.az saytında yayımlanan məlumatda Sumqayıtda təmtəraqlı yas mərasimi keçirəcək şəxslərin Şəhər İcra Hakimiyyəti tərəfindən 400 manat cərimələnəcəyi barədə xəbər yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm