Kliniki Tibbi Mərkəzdən yaralılarla bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Kliniki Tibbi Mərkəzdən yaralılarla bağlı açıqlama

Xırdalanda partlayış baş verən binanın dağıntıları altından çıxarılan 5 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Onlardan biri Respublika Yanıq Mərkəzinə göndərilib, 4 nəfərə isə müvafiq yardımlar göstərilir.

Bunu Publika.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov deyib.

Onun sözlərinə görə, müalicə alanların 1-i xəstəxananın reanimasiya şöbəsinə, 2-si uşaq, 1-i isə I cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanların 3-ü 7, 14 və 15 yaşlı uşaqdır.

“Xəsarət alanlardan 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı kəllə-beyin travması, qolun, bazunun, almacıq sümüyünün, 11-ci bel fəqərəsinin sınığı, döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Hazırda onun vəziyyəti ağırdır.

2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu bədənin çoxsaylı əzilmələri, 2010-cu il təvəllüdlü Aytac Abdullayeva bədənin küt travması ilə xəstəxananın uşaq şöbəsində yatır.

15 yaşlı İsmayıllı Aygün Vidadi qızı aşağı ətrafının didilmiş, cırılmış yarası ilə I cərrahiyyə şöbəsində müalicə alır.

2000-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlunun yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə göndərilib. Hazırda müalicə alanlardan Mətanət İsmayılovanın vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm