• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Moskvanın baş həbsxana həkimi: Madoyanın terroru

Moskvanın baş həbsxana həkimi: Madoyanın terroru

“Matrosskaya Tişina” Rusiyanın ən böyük müvəqqəti saxlanma təcridxanasıdır. 1775-ci ildə imperatriçə II Yekaterinanın zamanında əsası qoyulan bu təcridxana 5 mindən artıq təqsirləndirilən şəxsin məhkəmənin yekun hökmünə qədər saxlanıldığı yerdir. Onun tərkibinə böyük xəstəxana kompleski də daxildir. Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinin müxbiri Yeva Merkaçova “Matrosskaya Tişina” təcdirxanasına məxsus həmin xəstəxananın baş həkimi, milliyyətcə erməni olan Samson Madoyanla bağlı qalmaqallı məlumatlar əldə edib. Müəyyən olunub ki, Madoyan xidməti vəzifəsindən sui-istifadə edərək məhbuslar üçün nəzərdə tutulan xəstəxanada özbaşınalıq və əsl “gestapo rejimi” tətbiq edir.

Modern.az saytı “Moskovskiy Komsomolets” qəzetinin əməkdaşı Yeva Merkaçovanın bununla bağlı ““Matrosskaya Tişina”nın sirləri: Moskvanın baş həbsxana xəstəxanasında məhbusların üzərində hansı təcrübələr aparılır?” adlı reportajını ixtisarla təqdim edir.

“Əgər doktor Madoyanla qarşılaşsanız, həkimlər barədə bildiyiniz hər şeyi unudun. “Dərman”, “şəfa”, “xilas” kimi sözləri unudun və başqa sözləri - “ağrı”, “ölüm”ü yadınıza salın. O, sizin göz yaşlarınıza baxmayacaq, sizin yalvarışlarınıza daş ürəklə yanaşacaq”, - bu sözləri artıq ölüm ayağında olan qızın anası deyir. Sonra isə bu sözləri başqa insanlardan da eşitməyə başladım.

Samson Madoyan – Moskvanın baş həbsxana həkimidir. Bu müddət ərzində yalnız bir pasient mənə Madoyanın yaxşı müalicə apardığını dedi. Bu sözləri deyən general Kolesnikov idi. Az sonra o özünü həbsxananın pəncərəsindən ataraq intihar etdi. “Hippokrat andı” içən insan nə üçün belə “şöhrət” qazanıb? Sizə məhbuslar üzərində keçirilən tibbi eksperimentlər barədə danışacam”-deyə Yeva Merkaçova yazır.

Jurnalist daha sonra belə davam edir: “Həkim həmişə pasientin tərəfində olmalıdır. Yoxsa o nə həkimdir? Və əgər insanın sağalması üçün cüzi şans varsa, bəyəm həkim buna mane olar? Samson Madoyan və onun pasienti Elvira Qarayeva ilə tanış olana qədər mən də belə fikirləşirdim.

Həbsxananın ən sakit məhbuslarından biri dəhşətli dərəcədə şişkin olan göyərmiş əllərə malik idi. “Əllərim ürəyimə görə şişir. Çətinliklə nəfər alıram. Ümumiyyətlə, yeriyə bilmirəm”.

Elviraya “trikuspidal klapanların zədələnməsi ilə müşahidə olunan infeksiyalı endokardit” diaqnozu qoyulub. Diaqnozu ona Bakulyev adına ürək-damar cərrahiyyəsi elmi mərkəzində qoymuşdular. Pulsuz olaraq əməliyyat edəcəkdilər, vaxt da təyin etmişdilər. Lakin taleyin gərdişi ilə Elvira Qarayeva əməliyyat masasına deyil, həbsxanaya (“narkotik vasitələrin saxlanması və satışı” maddəsi ilə) düşür. Hamı bilirdi ki, Elviranın xəstəliyi dövlətin tərtib etdiyi və belə məhkumların təcridxanada saxlanmasına icazə verməyən xəstəliklər siyahısına daxildir.
“Uzun müddətli infeksion endokardit” diaqnozu ilə azadlığa çıxmaq üçün Qarayevaya yalnızca, həbsxana həkimi – Madoyanın rəyi lazım idi. O isə bu rəyi verməkdən imtina edir.

Səbəb?

Madoyan hesab edir ki, endokardit uzunmüddətli deyil. “Nə komissiya üzvləri, nə də onlar məni görüblər. Heç analiz də almayıblar və azadlıqda olarkən xəstəxanada məndən alınan nəticələri rəyə köçürüblər. “Matrosskaya tişina”da olarkən məni yalnız bir dəfə “UZİ “ elədilər və həb yazdılar. Sonra heç bir müalicə aparılmayıb” – E.Qarayeva deyir...

Yadımdadır, bir dəfə “Matroska”nın koridorlarında Madoyanı təsadüfən gördüm. Qarayeva barədə soruşdum.

“Mən sizinlə danışmayacam. Siz həkim deyilsiniz” – deyə Samson Madoyan sözümü kəsdi və iti addımlarla uzaqlaşdı”.

Yeva Merkaçovanın yazır ki, məhbuslar üçün xəstəxanada sümüyündə çürümə (qanqrena) gedən Marina, boynunda iri şiş əmələ gəlmiş Yuri, diabetli Sergey, ayaq əzələləri qopmuş 3-cü qrup əlil Kiril, ağırlaşmış vərəm xəstəliyindən əziyyət çəkən Tatyana kimi həyatı təhlükədə olan əzilmiş insanlarla üzləşib.

“Mən bilmirəm niyə və nə üçün Madoyan həkim xalatı geyinib. Bilmirəm kim ona dərs deyib, kim tərbiyə verib. Lakin indi onun əllərində insan həyatları var. Xatirimdədir, məni bir dəfə görəndə “düşməni üzdən tanımaq lazımdır” tipli bir söz dedi. Yəqin ki, həbsxana həkimi öncəgörücülük kimi xüsusi qabiliyyətə malikdir, yaxud bu məqalənin gec-tez yazılacağını bilib. Siz haqlı çıxdınız cənab Madoyan. Bu yazı sizin bütün pasientlərə (diri və ya ölü) həsr olunur”.

Samson Madoyan daxili xidmət baş leytenantı və tibb elmləri namizədidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR