Afaq Məsud qəzet açır - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Afaq Məsud qəzet açır - ÖZƏL

Azərbaycanda daha bir mətbu orqan fəaliyyətə başlayacaq. Publika.az-a daxil olan məlumata görə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəzdində “Yol” adlı qəzet yaradılır.

Bildirilir ki, qəzetin baş redaktoru tanınmış yazar Fəxru Uğurlu olacaq. Digər bir məlumata görə isə “Yol”a başlamaq üçün kollektiv formalaşdırılır və yaradıcı heyətə fantastik məbləğdə əməkhaqqı təklif olunur. Ancaq büdcədən maliyyələşən bir təşkilatın bu qədər məbləği necə ödəyəcəyi maraqlıdır.

Məsələ ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud (Vəliyeva) ilə əlaqə saxladıq.

O, bu barədə danışmaq istəmədiyini bildirdi.

Xatırladaq ki, bir neçə il əvvəl “Yol” qəzeti fəaliyyət göstərib. Ancaq bu qəzetin təsisçisi ilə baş redaktoru arasında baş verən münaqişə səbəbindən mətbu orqan bağlanıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm