• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bilik fondu 6 məktəbi qardaşlaşdırdı

Bilik fondu 6 məktəbi qardaşlaşdırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində ölkə ərazisində 6 məktəb qardaşlaşma sazişi imzalayıb.

Bilik Fondunun İnformasiya təminatı şöbəsindən Publika.az-a verilən məlumata görə, Bakının 190 saylı məktəbi Şəkinin 7, 145 saylı məktəbi Ağstafanın 1, BSU-nun Məktəb-Lisey Kompleksi Tovuzun Qovlar şəhər orta məktəblərinin qonağı olublar.

Məktəblər arasında imzalanan “Qardaşlaşma sazişi”nin müddəları məktəblilərin müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər iki tərəf təmsil etdikləri rayonun və məktəbin təqdimatını keçiriblər.

Məktəblilər axşam saatlarında qonaq olduqları bölgəni ekskursiya edəcək, dəyirmi masa keçiriləcək, intellektual yarışmalar təşkil olunacaq. Yarışmanın qeyri-adiliyi ondadır ki, təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılacaqlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsinin ilk mərhələsi senyabrın 15-dək davam edəcək. Müxtəlif bölgələrdə yerləşən 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR