Xırdalandakı bina uçqunu altında bir uşağın meyiti qalıb - 11 nəfər çıxarılıb
Bizi izləyin

Qırmızı.az

Xırdalandakı bina uçqunu altında bir uşağın meyiti qalıb - 11 nəfər çıxarılıb

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. Hal-hazırki vaxta qədər xəsarət almış 9 nəfər və vəfat etmiş 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə bildirib ki, dağıntılar altından 2 kişi, 3 qadın və 6 uşaq olmaq 11 nəfər çıxarılıb:

Dağıntılar altından çıxarılanlardan 1 kişi və 1 qadın dünyasını dəyişib. Hazırda bir uşağın axtarışı davam edir.
E.Mirzəyev deyib ki, ilkin ehtimala görə, partlayış 2-ci mərtəbədə qaz sızmasından baş verib.

Hadisə yerində olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov isə deyib ki, olay nəticəsində mənzili dağılan 3 ailənin ev problemi artıq həll olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm