Çimərlikdə top mərmisi partladı
Bizi izləyin

Qırmızı.az

Çimərlikdə top mərmisi partladı

Fransanın Atlantik okeanı sahilindəki Qroix adasındakı çimərlikdə top mərmisi partlayıb.

Axar.az xəbər verir ki, partlayışda bir nəfər ölüb, bir nəfər isə yaralanıb. İkinci Dünya Müharibəsindən qaldığı güman edilən sursat səhər saatlarınada partlayıb.

Partlayışa səbəb gənclərin düşərgədə yandırdıqları atəş olub. Hadisədə şok keçirən 8 gəncə ilkin yardım göstərilib.

İkinci Dünya Müharibəsində Müttəfiq qoşunların Normandiya əməliyyatı kecirdiyi bölgədə illər keçməsinə baxmayaraq, hələ də partlamamış top mərmisi və sursatın olması təəccüblü bir hadisə kimi dəyərləndirilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm