Çeçenistanda zəlzələ
Bizi izləyin

Qırmızı.az

Çeçenistanda zəlzələ

Çeçenistanın Kurçaloy rayonunun eyniadlı kəndi yaxınlığında 3,6 bal gücündə zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, zəlzələ Bakı vaxtı ilə bu gün saat 02:59-da paytaxt Qroznunun şərqindən 33 kilometr olmaqla, Kurçaloyun şimalından 4 kilometr məsafədə baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə zəlzələ 10 kilometr dərinlikdə baş verib.

Çeçen respublikasının Fövqəladə Hallar Naziriliyi saytında zəlzələnin fəsadları barədə heç bir şey qeyd edilməyib.

Qeyd edək ki, sentyabrın 2-sində Çeçenistanda 4 bal gücündə zəlzələ baş vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm