Xırdalanda xilasetmə əməliyyatı başa çatdı: 3 ölü, 9 xəsarət
Bizi izləyin

Qırmızı.az

Xırdalanda xilasetmə əməliyyatı başa çatdı: 3 ölü, 9 xəsarət

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, xilasedicilər tərəfindən dağıntılar altından 1 uşaq meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Bununla da, hazırki vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:15-də başa çatıb.

Xatırladaq ki. sentyabrın 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb. İlkin ehtimala görə, partlayışa qazsızması səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm