TRT-dən Ermənistandan hazırlanmış süjetə münasibət
Bizi izləyin

Qırmızı.az

TRT-dən Ermənistandan hazırlanmış süjetə münasibət

“Düşünürük ki, həmin veriliş montaj edilib. Bu, kiminsə qərəzi ola bilər. Nə üçün belə bir verilişin hazırlanması və s. məqamlar araşdırılacaq. Çünki TRT-nin Azərbaycanla bağlı gördüyü işlər göz önündədir”.

Bunu Publika.az-a TRT-nin Bakı Təmsilçiliyindən telekanalın Ermənistandan hazırladığı verilişə münasibət bildirərkən deyiblər.

Bildirilib ki, məsələ TRT-nin Bakı Təmsilçiliyinin diqqətindədir, yaxın zamanda araşdırılıb mətbuata açıqlama veriləcək.

Xatırladaq ki, Kanalbaku-nun yaydığı məlumata görə, TRT kanalı Ermənistanın paytaxtı İrəvandan “mədəni əlaqələrin böyüklüyünü əks etdirən” süjet hazırlayıb. Azərbaycanın qədim havalarından olan "Yaylığım" mahnısı erməni mahnısı kimi təqdim edilib. Aparıcı İrəvandakı Göy Məscidi tanıdarkən bu məscidin kimlər tərəfindən tikildiyini, kimlərin yüz illərlə burada ibadət etdiyini də xatırlatmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm