Xarici ölkələrlə danışmaq üçün məhkum ərinə telefon ötürmək istədi
Bizi izləyin

Qırmızı.az

Xarici ölkələrlə danışmaq üçün məhkum ərinə telefon ötürmək istədi

Bakıdakı 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs, Rusiya vətəndaşı Elbrus Esedullaxoviç Karibova həyat yoldaşı, Rusiya Federasiyasının Kabardino-Balkariya Respublikasında yaşayan vətəndaş Amina Oleqovna Sasikovanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sellofan paketin içərisində gizlədilmiş bir ədəd "Samsunq Duos" markalı mobil telefon aparatı, üç ədəd "Meqafon", "Beeline" və "Turkcell" danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Elbrus Esedullaxoviç Karibov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilib.

Xatırladaq ki, "Meqafon" və "Beelane" Rusiya Federasiyasının, "Türkcell" isə Türkiyənin mobil telefon operatorlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm