Şaxta davam edəcək
Bizi izləyin

Qırmızı.az

Şaxta davam edəcək

Qar yağacaq, yollar buz bağlayacaq

Fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə az qar yağacağı, səhər tədricən kəsiləcəyi ehtimal olunur.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də fevralın 5-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında az qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm