Nazir partlayışda xəsarət alanlara baş çəkib
Bizi izləyin

Qırmızı.az

Nazir partlayışda xəsarət alanlara baş çəkib

Səhiyyə naziri Oqtay Şirəliyev Xırdalanda məcburi köçkünlərin yaşadığı yarımçıq binada baş vermiş partlayış nəticəsində xəsarət alanlara bu gün baş çəkib.

Publika.az-ın məlumatına görə, 5 xəstənin müalicə olunduğu Kliniki Tibbi Mərkəzə gələn nazir onların səhhəti ilə maraqlanıb. Xəstələrə diqqət göstərilməsi, onların müalicəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Kliniki Tibbi Mərkəzdən bildirdilər ki, hazırda xəstələrin müalicəsi davam etdirilir.

Xatırladaq ki, ötən gün səhər saatlarında Xırdalanda yarımçıq tikilidə partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər xilas edilib, 3 nəfərin meyiti uçqun altından çıxarılıb

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm