Nazirlik mobil telefon qadağasına aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik mobil telefon qadağasına aydınlıq gətirdi

Təhsil Nazirliyi məktəblərdə mobil telefon istifadəsinin qadağan edilməsi ilə bağlı orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilməsi barədə məlumata aydınlıq gətirib.

Nazirliyin İnformasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi tövsiyə olunmur.

“Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır. Ancaq Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib”.

Xatırladaq ki, mətbuatda Təhsil Nazirliyi tərəfindən məktəblərdə mobil telefon istifadəsinin qadağan edilməsi ilə bağlı orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilməsi barədə məlumat yayılmışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm