"Üç"lə "yeddi" birləşdirilir - VİDEO
Bizi izləyin

Qırmızı.az

"Üç"lə "yeddi" birləşdirilir - VİDEO

Son günlər ən çox müzakirə olunan yas mərasimlərində verilən ehsanla bağlı məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlari İdarəsi öz tövsiyyələrini verdilər.

ANS TV-nin məlumatına görə, bəzi bölgələrdə bu məsələ düzgün başa düşülməyərək hətta yas çadırından mollanı çıxararaq ona cərimələr tətbiq olunması barədə xəbərlər yayılmağa başladı. Əslində vəziyyət necə olmalıdır?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu məsələyə aydınlıq gətirərək bildirdi ki, yas mərasimlərində "üç"lə "yeddi" birləşdirilsin. Yəni üç günə yas mərasimi bitsin. M.Qurbanlı tövsiyə etdi ki, yas mərasimləri sadə keçsin. Yası böyük yemək mərasiminə çevirmək olmaz deyən sədr yasda sadəcə çay, xurma, şəkərin verilməli olduğunu vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm