Partlayan binanın sakinlərinin ev problemi çözüldü
Bizi izləyin

Qırmızı.az

Partlayan binanın sakinlərinin ev problemi çözüldü

Xırdalanda dünən partlayış baş verən binada məskunlaşan ailələrin 3-ü dünən mənzillə təmin edilib.

Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Publika.az-a açıqlamasında deyib.

E.Qədimovun sözlərinə görə, evləri uçan üç ailə Mehdiabad qəsəbəsində dövlət tərəfindən alınmış hazır mənzillərlə təmin edilib.

Bu gün daha 6 ailə həmin ərazidə mənzillə təmin ediləcək.

Xatırladaq ki, ötən gün səhər saatlarında Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı yarımçıq tikilidə partlayış baş verib. Binanın möhkəmləndirilməsi işləri başa çatdırlıb. Binanın tamamilə sökülüb-sökülməməsi ilə bağlı qərar Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırmaların nəticəsində veriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm