• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident Norveç və Litvanın səfirlərinin etimadnamələrini qəbul edib

Prezident Norveç və Litvanın səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın etimadnaməsini qəbul edib.

Səfir Valdas Lastauskas fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Valdas Lastauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olundu, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi.

Söhbət zamanı əlaqələrimizin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsenin etimadnaməsini qəbul edib.

Səfir Baard İvar Svendsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Baard İvar Svendsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin ümumilikdə razılıq doğurduğunu deyən Prezident İlham Əliyev səfir Baard İvar Svendsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində uzunmüddətli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın qeyri-enerji sektorunda da dərinləşdirilməsi üçün qarşılıqlı marağın olduğunu dedi.

Səfir Baard İvar Svendsen ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli fəal əməkdaşlığın önəmini qeyd etdi. Norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR