DİN partlayan bina ilə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN partlayan bina ilə bağlı məlumat yaydı

Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdıqları binada baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşmış və 5-ci mərtəbəyədək tikilmişdir) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb, Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları Yunis və Bəkir xəstəxanaya yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm