Dubaya getmək istəyənlərə bəd xəbər
Bizi izləyin

Qırmızı.az

Dubaya getmək istəyənlərə bəd xəbər

Dubay Əmirliyi martın 31-dən başlayaraq hoteldə 1 gecə qalmağa görə turistlərdən vergi almağı planlaşdırır.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "The National" nəşri BƏƏ hökumətinə istinadən xəbər verir.

Məlumata görə, əldə edilmiş vəsait Dubayın turizm və ticarətin stimullaşdırılması üçün beynəlxalq bazarda irəliləməsinə xərclənəcək.

Turizm vergisi bütün hotel, mehmanxana, apartament, qonaq evləri və istirahət evlərində qalmağa görə alınacaq.

Turizm vergisi hotelin növündən asılı olaraq 7-20 dirhəm arasında (1 ABŞ dolları 3,67 dirhəmə bərabərdir) dəyişəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm