Ağdaşda qonşu davası: üç nəfər güllələndi
Bizi izləyin

Qırmızı.az

Ağdaşda qonşu davası: üç nəfər güllələndi

Ağdaş rayonunda qonşular arasında dava baş verib, 3 nəfər güllə yarası alıb. Hadisə bu gün axşam saatlarında Ağdaş rayonunun Qaraoğlan kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Mollayev Nəsrəddin Asim oğlu ilə qonşusu, 1970-ci il təvəllüdlü Bayramov Azər Əziz oğlu arasında dava baş verib. Məlumata görə, qonşular arasında münaqişəyə A.Bayramova məxsus mal-qaranın qonşusu N.Mollayevin həyətinə keçməsi səbəb olub.

Buna görə baş vermiş mübahisədən sonra N.Mollayev evindəki ov tüfəngi ilə qonşusu A.Bayramovu güllələyib. Hadisə şahidlərinin verdiyi məlumata görə, dava zamanı onları sakitləşdirmək istəyən Nəsrəddin Mollayevin anası, 1970-ci il təvəllüdlü Mollayeva Gülzar Fərman qızı və əmisinin arvadı, 1961-ci il təvəllüdlü Mollayeva Simuzər Şiralı qızı da güllə yarası alıb. Yaralıların hər üçü Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən N.Mollayev tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-muhafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

/virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm