Namaz vaxtı məsciddə faciə - 9 ölü
Bizi izləyin

Qırmızı.az

Namaz vaxtı məsciddə faciə - 9 ölü

Pakistanda namaz vaxtı məscidin damı çöküb.

Axar.az xəbər verir ki, Lahorda Hanafiyyah məscidinin damı zöhr namazı qılınan vaxtı dağılıb. Damın çökməsi nəticəsində aralarında imamın da olduğu təxmin edilən 40 nəfər dağıntı altında qalıb. Əraziyə gələn xilasetmə qüvvələri dağıntı altından 9 nəfərin cəsədini çıxara bilib. 6 nəfər isə yaralı olaraq xilas edilib. Dağıntı altında təxminən 25 nəfərin qaldığı bildirilir.

Məscidin damının çökməsinə güclü yağışın yağması səbəb olaraq göstərilir.

Qeyd edək ki, Pəncab əyalətində son günlər yağan güclü musson yağışları nəticəsində bir çox evin damı çöküb və onlarla insan həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm