Sərnişinlərə şad xəbər (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Sərnişinlərə şad xəbər (VİDEO)

Bir neçə il bundan əvvəl tikilməyə başlayan metronunu “Avtovağzal” stansiyasında işlər davam etdirilir.

ANS TV-nin məlumatına görə, metronun gələn il Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər hazır olması planlaşdırılır. Stansiyada demək olar ki, işlərin böyük əksəriyyəti görülüb başa çatıb.

“Avtovağzal” stansiyası başqa stansiyalardan öz fərqli dizaynı ilə seçiləcək. 7 giriş və çıxışdan ibarət olan ən böyük stansiya sayılacaq. Bu giriş və çıxışların da müasir standartlara uyğun olaraq qurulması nəzərdə tutulur. Əvvəlki stansiyalardan fərqli olaraq “Avtovağzal” stansiyasında qatara 7 vaqon qoşulacaq. Bütün eskalatorlar hazır vəziyyətə gətirilib. Stansiya müasir işiqlandırma sistemilə tam təmin olunub. Döşəməyə mərmər düzülüb. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, stansiyanın tam yeni avadanlıqlarla təmin olunması üçün artıq xarici ölkələrlə müqavilələr imzalanıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, başqa bir yenilik isə qatarlarda xəbərdaredici siqnalizasiya quraşdırılacaq.

Yeni stansiyanın tikilişi ilə əlaqədar yeni vaqonların gətirilməsi gözlənilir. Bu vaqonları isə əvvəlkilərdən fərqləndirən genişliyi və rahatlığı, həmçinin soyuducu sisteminin olmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm