Moskvada bazar sahibi öldürüldü (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Moskvada bazar sahibi öldürüldü (VİDEO)

Moskvada bazar sahiblərindən biri qətlə yetirilib.

ANS PRESS-in məlumatına görə, Moskvada yerləşən “Fruktoviy ray” (“Meyvəli cənnət”) ticarət kompleksinin sahibi Robert Somaya naməlum şəxs tərəfindən öldürülüb.

Hadisə bu gecə 00:30 radələrində baş verib. Cinayətin baş vermə anı hüquq-mühafizə orqanlarının müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlardan görülür ki, sahibkar sakit küçə ilə hərəkət edərkən qatil qəflətən ona doğru yaxınlaşaraq odlu silahla baş nahiyəsindən vurur və dərhal hadisə yerindən qaçaraq uzaqlaşır.

Şəhər polisi tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Rusiya Daxili İşlər nazirliyinin mətbuat xidmətindən verilən məlumatda da öldürülən şəxsin biznesmen Robert Somaya olduğu təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm