Sosial sığorta ödəyicilərinin nəzərinə
Bizi izləyin

Qırmızı.az

Sosial sığorta ödəyicilərinin nəzərinə

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 17 sentyabr 2014-cü il tarixdə, saat 11:00-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəeindən Publika.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

İsmayıllı rayon şöbəsində (02028) 5-31-48

Qəbələ rayon şöbəsində (02420) 5-06-98

Oğuz rayon şöbəsində (02421) 5-34-73

Göyçay rayon şöbəsində (02027) 4-61-35

Ucar rayon şöbəsində (02021) 3-01-17

Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 17-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm