Daxili övladlığa götürməyə nəzarət gücləndirilməlidir
Bizi izləyin

Qırmızı.az

Daxili övladlığa götürməyə nəzarət gücləndirilməlidir

“Azərbaycanda beş ilə səkkiz yaş arası uşaqları heç kəs övladlığa götürmək istəmir”.

Bunu Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov övladlığa götürmə prosesində yaranan problemlərdən danışarkən deyib.

Elgün Səfərov bildirib ki, ən çox problemlər sənədlərin yığılması proseduru və nəzarət məsələlərində özünü büruzə verir:

“Bu cür problemlər daha çox daxili övladlığa götürmədə qeydə alınır. Azərbaycanda daxili övladlığa götürmə və uşağın sonrakı həyatında təhsil və tibbi-sosial xidmətlərdən yararlanaraq tam sağlam şəkildə həyat sürməsi üçün faktların araşdırılması olduqca vacibdir. Daxili övladlığa götürmədə dövlət tərəfindən xüsusi nəzarət gücləndirilməlidir. Ən əsas problemlərdən biri isə Azərbaycanda 3 yaşına kimi uşaqlar daha çox övladlığa götürülür. Yaşı üçdən yuxarı, 7-8 yaş arası uşaqlar himayə altına alınmır, belə olan halda isə həmin uşaqlar dövlət müəssisələrində böyüyürlər. Xarici övladlığa götürmədə ildə beş və ya yeddi fakt olursa, ancaq daxili övladlığa götürmədə bu fakt ildə 250 ilə 300 arası olur. Xarici övladlığa götürmədə çox nümunəvi bir metodika var. Düz üç il müddətində ailə aidiyyəti quruma uşaq barədə məlumat, video süjetlər və fotolar təqdim edir və hər 6 aydan bir hesabat verir. Hesabatda uşağın sağlamlığı haqqında arayış, uşağa nəzarət və mütəmadi sənədlər yer alır”.

Elgün Səfərov sözügedən məsələdə islahatların aparılmasının vacibliyini də vurğuladı:

“Azərbaycanda hər rayonda 200-ə yaxın ailə övladlığa götürmə növbəsində dayanıb ki, bu da ölkə üzrə orta hesabla 3000-ə yaxın ailə deməkdir. Bu gün Azərbaycanda daxili övladlığa götürmə işinə İcra Hakimiyyəti nəzarət edir. Məhkəmənin qərarı əsasında uşaqlar Təhsil və Səhiyyə Nazirliyi müəssisələrindən götürülərək övladlığa verilir. Ancaq məsələ bununla bitmir. Mexanizmin daha şəffaf olması və ildə ən azı 15-20 övladlığa götürülmə faktının ləğvi hallarının aradan qaldırılması və övladlığa götürmədən sonra nəzarət prosesinin gedişatı ilə bağlı mühüm islahatların aparılması vacibdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm