Qırmızı.az
Övladları vaxtsız ölən məşhurlar...
Azərbaycanda son günlər bir neçə məşhur insanın övladı vaxtsız, gənc yaşında dünyasını dəyişdi. Həyat o qədər acımasızdır ki, kimliyindən aslı olmayaraq bu acını, itkini hər bir insana yaşadır. Övlad acısı yaşayanlar arasında sənət adamları, tanınmış siyasətçilər, Xalq artisləri də var.
Ümumiyyətlə son illər sənət adamları arasında övladlarını vaxtsız
itirənlərin sayı heç də az deyil. Onların övladlarının bir çoxu
xəstəlikdən, ağır qəza nəticəsində cavan yaşlarında dünyasını
dəyişib.
AzVision.az saytı övlad acısı yaşayan məşhurlarla bağlı kiçik
araşdırma aparıb.
Bu günlərdə respublikanın tanınmış diktoru, Xalq artisti
Şərqiyyə Hüseynovanın qızı vəfat etdi. Məlumata görə, Xalq
artistinin 1971-ci il təvəllüdlü qızı Mehriban Əhmədovanın ölümünə
səbəb beyinə qan sızması olub.
Qohumları onun əvvəllər astma xəstəliyindən əziyyət çəkdiyini
deyiblər. 43 yaşlı mərhumənin 14 yaşında Ayan adlı bir qızı ondan
yadigar qalıb.
Xalq artisti, aktrisa Nuriyyə Əhmədovanın oğlu Əli
Xanlar oğlu İslamzadə də bu yaxınlarda dünyasını dəyişib. 37 yaşlı
Əli İslamzadə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ə.İslamzadə
avqust ayının sonlarında vəziyyəti kəskinləşdiyindən, 3 saylı
Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Orada bir
neçə gün qaldıqdan sonra həkimlər onu evə buraxıblar.
Qeyd edək ki, bir neçə il öncə aktrisanın qızı da faciəli şəkildə
dünyasını dəyişmişdi. Belə ki, o, həyat yoldaşı tərəfindən qətlə
yetirilmişdi.
Azərbaycanın gülüş ustası, Xalq artisti Arif
Quliyev də övladını itirən tanınmışlardan sayılır.
Aktyorun 1978-ci il təvəllüdlü oğlu Fərid Quliyev dünyasını
dəyişib.
Aktyor mətbuata açıqlamalarında bildirib ki, oğlu uzun müddət vərəm
xəstəliyindən əziyyət çəkib.
Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb.
A.Quliyevin oğlu ölümündən 1 il öncə həbsdən çıxmışdı.
Fərid Quliyev bu müddət ərzində dəfələrlə xəstəxanada və evdə
müalicə olunub.
Xatırladaq ki, F. Quliyev qəsdən adam öldürdüyünə görə 14 il həbs
cəzası almışdı.
O, 2012-ci ildə dünyasını dəyişib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, mahnı
bəstəcisi Xanım İsmayılqızının ailəsi də ağır itki
yaşayıb. Şairənin oğlu Fərid 32 yaşında qəflətən dünyasını dəyişib.
Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.
Azərbaycanda fəaliyyət göstərən ilk prodüserlərdən biri olan
Asif Kərimovoğlunun vaxtısz vəfatından kədərlənən
atadır. İfaçılar Mətanət İsgəndərli və xanəndə Elnarə Abdullayevaya
ilk addımlarında kömək olan Asif bəyin 18 yaşlı oğlu ağır
xəstəlikdən dünyasını dəyişib. Prodüserin oğlu Cavidan 10 ildən
çoxdur ki, xəstəlikdən əziyyət çəkib.
Qobustan rayonunun “Bağ-bağat” İstirahət-əyləncə Mərkəzində qeydə
alınan faciəvi hadisə nəticəsində də tanınmış rejissorun qızı həlak
olub. Belə ki, Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin
əyləndiyi atraksionlardan biri aşıb və nəticədə 10 yaşlı
Qorçu Dəniz Tərlan qızı hadisə yerində dünyasını
dəyişib.
Qorçu Dəniz Azərbaycanda ilk və yeganə özəl marionet teatrının
təsisçisi, rejissoru Tərlan Qorçunun qızıdır.
Mahir tar ifaçısı, Xalq artisti Ağasəlim
Abdullayev də yaxınlarını itirən sənətçilərdəndir. Belə
ki, Azərbaycanın Xalq artisti yol qəzası nəticəsində ömürgün
yoldaşını və nəvəsini faciəli şəkildə itirib. Gecə saatlarında
Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir
tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu,
gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir
azyaşlı nəvəsi isə ölüb.
Xalq artisti, sənət aləmində Teymur Əmi kimi tanınan Teymur
Mustafayevində oğlu faciəvi şəkildə həlak olub. Belə ki,
2007-ci il mayın 29-da saat 17.00 radələrində Bakıxan Mustafayevin
idarə etdiyi “Vaz 21010” markalı avtomobili müəmmalı şəkildə yanıb.
B.Müstafayev qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq
ölüb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində baş verib.
B.Mustafayev ailəli idi, iki övladı var.
Övladını itirənlər arasında tanınmış siyasətçilər də var.
Klassik Xalq Cəbhəsi Partiyasınım (KXCP) sədri Mirmahmud
Mirəlioğludaha dəhşətli faciə yaşayan tanınmış şəxsdir.
Onun üç övladı erkən həyatdan köçüblər. İlk dəfə M.Mirəlioğlu
1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı
oğlunu itirib.
Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. KXCP qərargahı qarşısında qəfildən yerə yıxılan M. Fəttayev sonra dünyasını dəyişib.
2012-ci ildə isə M.Mirəlioğlunun qızı qəflətən dünyasını
dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın
qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə
dünyasını dəyişib.
M. Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan
yadigar qalıb.
Tarix elmləri doktoru Cəmil Həsənlinin oğlu Vüqar
Həsənov da vaxtsz dünyasını dəyişib. O, 2007-ci ildə paytaxtın
Atatürk prospektində ağır yol qəzasına uğrayıb. İdarə etdiyi
«Mersedes» əvvəlcə «Opel» markalı avtomobillə toqquşub, daha sonra
yol kənarındakı daşlara çırpılıb. Ağır vəziyyətdə Kliniki Tibbi
Mərkəzə çatdırılan V.Həsənovu həkimlərin səyinə baxmayaraq, xilas
etmək mümkün olmayıb.
Mərhum Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsində
çalışıb.
Tanınmış yazıçı-publisist Rafiq Səməndərin oğlu
isə dəm qazından boğulub. 2013-cü ildə yazıçının oğlu 1979-cu il
təvəllüdlü Ələddinov Kamran Rafiq oğlu hamam otağında hərəkətsiz
tapılıb.
“Savalan” Mistik Musiqi Qrupunun rəhbəri, tanınmış sufi
ifaçısı Novruz Novruzlunun 16 yaşlı qızı da dəm qazından
boğulub. Sufi ifaçısının qızı Nədimli Novruzlu 2014-cü ildə faciəli
şəkildə dünyasını dəyişib.
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) başqanı
Fazil Mustafanınailəsi də övlad faciəsi yaşayıb. 2008-ci
ildə millət vəkilinin oğlu Elçibəy Mustafayev və qaynı Mahir
Mirzəyev hamamda dəm qazından boğularaq dünyasını dəyişib.
Elçibəy Mustafayev 2000-ci ildə doğulub, ölən zaman 2-ci sinif
şagirdi idi.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu