Məktəblərdə bu məhsulların satışı qadağan edildi (SİYAHI)
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə bu məhsulların satışı qadağan edildi (SİYAHI)

“Təhsil müəssisələrində qidalanma ilə bağlı vahid dövlət standartı mövcuddur. İstifadəsinə və satışına qadağa qoyulan və məktəb bufetlərində satılmasına icazə verilməyən məhsulların siyahısı direktorlara göndərilib”.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

“Yeni tədris ili başlayanda komitə yanında Dövlət Nəzarəti Xidməti yenə də monitorinqlər aparacaq və nəticələr barədə ictimaiyyət məlumatlandırılacaq”. - deyə F.Talıblı əlavə edib.

Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, məktəb bufetləri ilə bağlı problem yoxdur: “Tədris ilinin başlamasını gözləmək lazımdır. Araşdırma və monitorinqlər həyata keçirildikdən sonra hansı məktəbdə hansı problemlərin olduğuna dair məlumat verə biləcəyik. Bundan başqa, bufetlərdə araşdırmalar aparılması üçün Mərkəzə göstəriş verilməli, Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən icazə alınmalıdır. Çünki bufetlər sahibkarlıq subyektidir”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını təqdim edir:

1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);

2. İçalatı təmizlənməmiş quş;

3. Vəhşi heyvanların əti;

4. Suda üzən quşların yumurtası və əti;

5. Qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta;

6. Hermetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;

7. Termiki emala məruz qalmayan yaşıl noxud;

8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;

9. Mənşəyi məlum olmayan ərzaq məhsulları;

10. Kremli şirniyyat məmulatları (piroq və tortlar);

11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

12. Ev şəraitində hazırlanmış qatıq;

13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);

14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;

18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;

19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;

20. Təbii kofe, alkoqollu, energetik içkilər;

21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;

22. Qazlaşdırılmış içkilər;

23. Bitki yağları əsasında süd məhsulları və dondurma;

24. Saqqız, çipsilər;

25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları;

26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından forşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər;

27. Yumurtalı makaronlar, qayğanaq;

28. Frityurda qızardılan piroqlar və ponçiklər.(modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm