Borclulara sentyabrın 13-dək vaxt verildi
Bizi izləyin

Qırmızı.az

Borclulara sentyabrın 13-dək vaxt verildi

Elektrik enerjisindən istifadəyə görə debütor borcu yaranmış əhali və qeyri əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı 13 Sentyabr 2014-cü il tarixdə, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Bakıelektrikşəbəkə" ASC-dən Publika.az-a verilən məlumata görə, qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24-saatdan sonra mümkün olacaq.


Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm