ATV rəsmisi kütləvi istefalardan danışdı
Bizi izləyin

Qırmızı.az

ATV rəsmisi kütləvi istefalardan danışdı

“ATV-dəki kütləvi istefalarla bağlı hələlik mətbuata açıqlama yaymaq məqbul hesab edilmədiyi üçün cavab verə bilmərəm”.

Bu sözləri Axar.az “Son xəbər” informasiya proqramının baş redaktoru Vaqif Aydınoğlu “Azad Azərbaycan" Telekanalının (ATV) əməkdaşlarının kütləvi şəkildə işdən ayrılması ilə bağlı yayılan informasiyaya aydınlıq gətirərkən bildirdi. Onun sözlərinə görə, bununla bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Show.az saytının yaydığı məlumata görə, "Azad Azərbaycan" Telekanalının (ATV) əməkdaşları kütləvi şəkildə işdən ayrılıblar. Kütləvi etiraza səbəb baş dekorçu Elxan Novruzovun işdən getməsidir. E.Novruzova şəxsi avtomobilini ATV-nin həyətində park etməyə icazə verilmir və onun iş otağı əlindən alınıb. Elxan Novruzov uzun illərdir ATV-də çalışır və telekanalın əsas əmədaşlarından biridir. Baş dekorçuya qarşı bu cür münasibətə digər əməkdaşlar da etiraz edib və on nəfərə yaxın dekorçu ATV-ni tərk edib. Həmin insanlar ATV rəhbərliyinin daha yüksək maaş söz verməsinə baxmayaraq, işə qayıtmaq istəməyiblər.

Elxan Novruzov yayılmış məlumatı təsdiqləyib. O qeyd edib ki, işdən öz istəyi ilə ayrılıb:

“Belə "hörmət" gördükdən sonra orda işləməyim düzgün deyil. Mənimlə bərabər 6-7 nəfər əməkdaş da ATV-dən ayrılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm