Qırmızı.az
Prezident 2 məktəbdə oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial
sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə
yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının
inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir.
Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində
orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən
qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin
ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq
zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.
Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə həyata
keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış
oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi. Qeyd edildi ki, 4 mərtəbədən ibarət olan məktəbdə
1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün
sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə
əsaslı surətdə təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları
ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də
müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640
şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.
Dövlətimizin başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzdi,
yaradılan şəraitlə tanış oldu.
Sonra Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəldi.
Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da
dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 12 nömrəli
tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri
Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Ulu Öndərin iştirakı
ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif
otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs
ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.
Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək
standartlar səviyyəsində təmir edilib, müasir istilik və
işıqlandırma sistemləri quraşdırılıb.
Dövlətimizin başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış
oldu.
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."