Bal sərgisinin vaxtı bəlli oldu
Bizi izləyin

Qırmızı.az

Bal sərgisinin vaxtı bəlli oldu

Oktyabrda Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, satış-yarmarka oktyabrın 1-dən 30-dək keçiriləcək.

"Arıçılıq haqqında" qanuna uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2014-cü il oktyabr ayının 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun "28 may" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binası) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil edəcək.

Qeyd edək ki, sərgi-satış yarmarkasının açılışı həmin gün saat 12:00-da olacaq.


Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.


Nazirlikdən verilən məlumata görə, iştirakçılar şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon Baytarlıq İdarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının zona Baytarlıq Laboratoriyasında müayinəsi haqqında ekspertiza sənədi təqdim etməlidirlər.


Ancaq qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaqdır. Həmçinin, sentyabr 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm