Düz Qırıqlıya əlavə su xətləri çəkilməyə başladı
Bizi izləyin

Qırmızı.az

Düz Qırıqlıya əlavə su xətləri çəkilməyə başladı

Qənirə Paşayevanın Düz Qırıqlının içməli su probleminin həlli ilə bağlı müraciətinə “Azərsu” rəhbərliyi müsbət cavab verib.

Düz Qırıqlıya əlavə su xətləri çəkilməyə başladı.

Millət vəkili Qənirə Paşayeva Tovuzun ən böyük kəndlərindən biri olan Düz Qırıqlı kəndində seçiciləri ilə təkrar görüşüb və kəndin su problemindən əziyyət çəkən hissələrinə su çəkilişi ilə bağlı aparılan işlərlə yerində tanış olub, su idarəsi əməkdaşları və sakinlərlə geniş söhbət edib. Millət vəkili bildirib ki, kənd sakinləri ilə bir neçə gün əvvəl görüşündən sonra içməli su probleminin həlli ilə bağlı Azərsu rəhbərliyinə kənd sakinləri və öz adından olan xahişinə diqqətlə və həssaslıqla yanaşılıb və müsbət cavab verilib. Cəmi bir neçə gün sonra isə kəndin içməli sudan əziyyət çəkən hissələrinə su çəkilişinin aparılması üçün lazım olan borular və avadanlıqlar göndərilib və işlər başlanılıb. “Bir neçə gün öncə kənddə sizinlə görüşlərimdə əsasən içməli sudan çox əziyyət çəkdiyiniz ilə bağlı söhbətlərinizdən çox narahat olmuşdum və sizin bu problemin həlli üçün millət vəkili kimi əlinizdən gələn dəstəyi əsirgəməyin xahişinizə cavab olaraq bildirmişdim ki, mütləq Azərsu rəhbərliyi ilə bu məssələni xüsusi müzakirə edəcək və sizin adınızdan və öz adımdan bu məsələnin qısa zamanda həllini xahiş edəcəyəm. Kənddən dönən kimi “Azərsu”ASC-nin rəhbəri Qorxmaz müəllimlə, baş direktoru Etibar müəllimlə danışaraq vəziyyəti söylədim və bu problemin qısa zamanda həllinə dəstək göstərilməsini xahiş etdim. Söhbət zamanı cənab Prezident İlham Əliyevin Tovuzun içməli su probleminin həlli istiqamətində verdiyi göstərişlə Tovuza yeni su xəttinin çəkilməsini millət vəkili və Tovuz sakinləri olaraq yüksək qiymətləndirdiyimizi və Düz Qırıqlı kəndinin də içməli su problemindən əziyyət çəkən hissələrinə içməli suyun verilməsinin vacibliyi barədə fikir mübadiləsi də apardiq. “Azərsu”ASC-nin rəhbərliyi həm Qorxmaz müəllim,həm Etibar müəlim problemin həlli istiqamətində dəstək göstərməyə çalışacaqlarını bildirdilər və qısa zamanda lazımi materiallar göndərildi və işlər başladı. Sizin və öz adımdan Azərsu rəhbərliyinə təşəkkür edir və ümid edirəm ki, işlər surətlə aparılacaq və siz yaxın zamanlarda ağır içməli su problemindən xilas ola biləcəksiniz”. Millət vəkili kəndin sudan əziyyət çəkən hissələrinə su borularının çəkilişi ilə bağlı işlərlərlə də maraqlanıb, su idarəsi işçiləri ilə söhbət edib və onlardan işləri surətlə apararaq sudan əziyyət çəkən kənd sakinlərinin probleminə son qoyulmasını xahiş edib. Kənd sakinləri millət vəkilindən kəndə verilən içməli suyun həcminin və təzyiqinin az olmasını da deyərək bu problemin də həlli istiqamətində də dəstək göstərməsini istəyiblər. Qənirə Paşayeva bu məsələnin həlli istiqamətində də “Azərsu” rəhbərli ilə danışacağını və xahiş edəcəyinə söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm