Bir gündə 9 yol qəzası: 2 ölü, 21 yaralı
Bizi izləyin

Qırmızı.az

Bir gündə 9 yol qəzası: 2 ölü, 21 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, onların da 37-si “isti izlər”lə açılıb.

Məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 50 nəfər tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm