Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb

Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri cənab Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm