Azərbaycanın internetin sürətinə görə dünya reytinqində mövqeləri geriləyib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın internetin sürətinə görə dünya reytinqində mövqeləri geriləyib

Azərbaycanın internetin sürətinə görə dünya reytinqində mövqeləri geriləyib

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib.

Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.34 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 5.34 Mbit/saniyə olub.

Publika.Az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı üzrə bu göstərici 4.80 Mbit/s, Sumqayıt üzrə isə 3.17 Mbit/s təşkil edir.


Nəticələr şirkətin 2013-cü il yanvarın 4-dən fevralın 2-dək apardığı eksperimental araşdırmalar əsasında əldə edilib. Testlərin aparılması üçün 373954 unikal IP ünvanı seçilib.


Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 13 pillə geriləyərək 124-cü yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honq Konq (72.48 Mbit/s), Sinqapur (59.53 Mbit/s) və Rumıniya (57.13 Mbit/s) qərarlaşıb.


Xaric olan trafikin orta sürəti 2.36 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 21 pillə geriləyərək 113-cü yerdə qərarlaşıb.

Bakı üzrə bu göstərici 3.25 Mbit/s, Sumqayıt üzrə isə 0.65 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honq Konq (59.61 Mbit/s), Sinqapur (45.82 Mbit/s) və Cənubi Koreya (42.88 Mbit/s) yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm