Qırmızı.az
Keçmiş işçiləri “Hafka”nı məhkəməyə verdi
İş adamı Hafiz Məmmədova məxsus “Bahar enerji” şirkəti məhkəməyə verildi.
Bu barədə virtualaz.org saytına vəkil Azər Quliyev məlumat verib.
Vəkil dedi ki, şirkətin əməkdaşları Rasim Bayramov və Minayə Məmmədova iş adamın qarşı qanunsuz ixtisarlar və işə bərpa ilə bağlı iddia qaldırıblar. İddia ərizəsinə Nərimanov Rayon Məhkəməsində baxılır.
A.Quliyevin sözlərinə görə, hazırda şirkətdə ixtisarlar davam edir. Amma şirkət etiraz aksiyalarının qarşısını almaq üçün daha ehtiyatlı hərəkət edir: “Yanvarda kütləvi ixtisar aparıldı. Buna görə də işçilər yanvarın 7-də etiraz aksiyası keçirdilər. Şirkət rəhbərliyi isə məcburiyyət qarşısında bir neçə işçini yenidən işə qaytardı. İndi ixtisarları səssiz-səmirsiz, müxtəlif yollarla aparırlar ki, kütləvi narazılıq baş verməsin. Bir çoxlarının vəzifəsi aşağı salınıb, işçilər əməkhaqlarının azaldıldığını deyirlər. Bundan əlavə, əmək müqaviləsinin müddəti bitən əməkdaşlarla təkrar müqavilələr bağlanmır. Bəziləri kompensasiya, bir çoxları isə “öz ərizələri” ilə yola salınır”.
Qeyd edək ki, “Bahar enerji”nin müflis olduğuna dair iddialar səsləndirilir. Şirkətin sahibi H.Məmmədovun biznesinin çətin günlər yaşadığı da məlumdur. Oliqarxın borclarını ödəyə bilməməsi barədə hətta Avropa nəşrləri də yazır.
“Hafka” ləqəbli Hafiz Məmmədov şirkətə rəhbərlik edəndən sonra 3 minə yaxın işçi vəzifəsindən kənarlaşdırılıb. İndi isə ixtisar edənlərin sayı 3 mini ötüb.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO