Heyvandarlıq İnstitutunda böyük korrupsiya
Bizi izləyin

Qırmızı.az

Heyvandarlıq İnstitutunda böyük korrupsiya

Fevralın 4-də Baş Prokurorluq rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxslərinin dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb:

Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz olaraq 14 min manat məbləğində əməkhaqqının hesablanması, işçilərə əsassız olaraq 34.3 min manat məbləğində əməkhaqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38.7 min manat məbləğində artıq vəsaitin ödənilməsi, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12.2 min manat məbləğində əməkhaqqının ödənilməsi, 77.7 min manat dəyərində inventar və avadanlığın çatışmazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26.1 min manat məbləğində vəsaitin hesabdan əsassız silinməsi, 61.3 min manat dəyərində dərman preparatlarının əsassız silinməsi, nəqliyyat vasitələri üçün 5.1 min manat dəyərində yanacağın artıq silinməsi və digər qanun pozuntularına yol vermələrində əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm