Rusiya Ukraynada ölən əsgərlərin meyitlərini daşıyır (FOTO)
Bizi izləyin

Qırmızı.az

Rusiya Ukraynada ölən əsgərlərin meyitlərini daşıyır (FOTO)

Rusiyadan Donbassa göndərilən humanitar yük maşınları vasitəsilə ölən rus əsgərlərin meyitləri Ukraynadan çıxarılıb.

ANS PRESS-in məlumatına görə, bunu Kiyevdə keçirilən brifinqdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisində öldürülmüş Rusiya vətəndaşlarının meyitlərinin daşınması üçün Donbassa göndərilən yük maşınlarından istifadə olunub.

"Dünən gecə Rusiya ərazisindən Donetskə ağ rəngli 4 yük maşını keçib və bir saat sonra geri qayıdıb. Bu artıq birinci hadisə deyil ki, ağ rəngli yük maşınları xüsusi mühafizə ilə sərhədi qanunsuz keçir, Ukrayna ərazisinə girir", deyə Lısenko bildirib.

Qeyd edək ki, ötən ay Rusiya Ukraynanın şərqinə humanitar yardım məqsədilə 260-dan çox yük maşını göndərmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm