Azərbaycanlı meri öldürən silah aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı meri öldürən silah aşkarlanıb

Ukraynanın Poltava bölgəsinin Kremençuq şəhərinin Azərbaycan əsilli meri Oleq Babayevi güllələyərkən istifadə olunan silah Kremençuq rayonunun Rakitne kəndində aşkarlayıblar.

ANS PRESS-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Poltava şöbəsindən xəbər verirlər. Poltava milisinin xəbərinə görə silahın gizlədildiyi yeri, sifarişli qətldə vasitəçilikdə şübhəli bilinənlərdən biri deyib.

Hazırda işlə bağlı istintaq və ekspert araşdırmaları davam edir. Xatırladaq ki, DİN Oleq Babayevin qətlinin sifarişçisindən əlavə 4 şübhəli saxlayıb. Onun qətli “Bir qrup şəxsə sifariş olunan, qəsdən adam öldürmə” maddəsi ilə araşdırılır.

Xəbər verdiyimiz kimi, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.

O.Babayev 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub.

O.Babayevin idman kariyerası da olub. O cüdo üzrə idman ustası, 2003-cü ilin oktyabrından "Kremen", 2005-ci ilin aprelindən isə "Vorskla" futbol klublarının prezidenti idi.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm