Qırmızı.az
Şamaxıda avtobus qəzası: 2 ölü, 13 yaralı var
Şamaxı rayonunda 2 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə
nəticələnən yol qəzası baş verib.
Hadisə sentyabrın 11-də gecə saat 00:30 radələrində Bakı-Şamaxı
yolunun 136-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi
ərazisində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yoldan
çıxaraq ağaca çırpılıb. Nəticədə Şamaxının Mədrəsə kənd sakinləri -
2001-ci il təvəllüdlü Kikibadze Murad Bəxtiyar oğlu və 1979-cu il
təvəllüdlü Bayramova Gülnar Əli qızı aldığı ağır xəsarətlər
səbəbindən hadisə yerində dünyasını dəyişib.
Avtobusda olan sərnişinlərdən 1972-ci il təvəllüdlü Sxaidze Məhtəbə
Məhəmməd qızı, 2003-cü il təvəllüdlü Bayramova Aytac Süleddin qızı,
2002-ci il təvəllüdlü Musayev Nəsib Elminaz oğlu, 1968-ci il
təvəllüdlü Mahmudova Səltənət Xalid qızı, 1980-ci il təvəllüdlü
Bayramova Humay Xaləddin qızı, 1974-cü il təvəllüdlü Azayeva
Nargilə Teymur qızı, 1974-cü il təvəllüdlü Məcidova Almaz Şirin
qızı, 2005-ci il təvəllüdlü Məcidov Muxammed Osman oğlu, 2002-ci il
təvəllüdlü Bayramov Namiq Süleddin oğlu, 1968-ci il təvəllüdlü
Rəfiyeva Tamella Azay qızı, 1982-ci il təvəllüdlü İbrahimova Əntiqə
Məcid qızı, 1968-ci il təvəllüdlü Azayeva Mədinə Teymur qızı,
1975-ci il təvəllüdlü Məcidova Ruqiyə Zenit qızı müxtəlif dərəcəli
bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına
yerləşdirilib. Hazırda yaralılardan bir neçəsinin vəziyyəti ağır
olduğu üçün Bakı şəhərindən Şamaxıya həkimlər gedib.
Məlumata görə, ölən və yaralıların hamısı Şamaxının Mədrəsə
kəndinin sakinləridir. Onların bəziləri vaxtilə Gürcüstandan
köçürülən Mesxeti türkləridi. Onların hamısı bir-biri ilə qohumdur
və avtobusla ad günü mərasimindən geri qayıdırlarmış.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum deyil.
İlkin məlumata görə, sərnişin avtobusunun qarşısına minik maşını
çıxaraq qəza vəziyyəti yaradıb və avtobusun sürücüsü toqquşmadan
qaçaraq idarəetməni itirib və maşını ağaca çırpıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat
şöbəsi tərəfindən araşdırma aparılır.
ANS PRESS
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...