Memorandum imzalandı
Bizi izləyin

Qırmızı.az

Memorandum imzalandı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında "Dövlət qulluğunun idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Komissiyadan Publika.az-a verilən məlumata görə, Memorandum Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Qırğız Dövlət Kadrlar Xidmətinin sədri Aaly Karaşev tərəfindən imzalanıb.

Qeyd edək ki, bu gün Bakıda “Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Türkiyə, Ukrayna, Əfqanıstan, Qırğızıstan, Gürcüstan, Qazaxıstan, Rumıniya, Çin, Monteneqro, Hindistan, Makedoniya, Tacikistan, Polşa, Nigeriya, Yaponiya, Bosniya Herseqovina və digər dövlətlərin dövlət qulluğu sahəsi ilə bağlı analoji qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm