İlham Mirzəyevin vəkilindən sərt ittiham: ”Materialları mətbuata ötürürlər”
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin vəkilindən sərt ittiham: ”Materialları mətbuata ötürürlər”

Hazırda həbsdə olan keçmiş teleaparıcı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə müvəkkilinin mətbuata qoymaq istədiyi qadağadan danışıb.

Publika.az-a danışan vəkil bildirib ki, mətbuatın Mirzəyevə qarşı irəli sürülmüş ittiham aktını yaymağından narahatdır: “Bütün qəzetlər, saytlar həmin ittiham aktını yayıblar. Bu, kimə lazımdır? Götürüb bunu mətbuata verirlər. Lazımdır bu? O nöqteyi-nəzərdən deyir ki, jurnalistər iştirak etməsin. Birinin də üstünə beşini qoyub yazırlar. Amma jurnalistlərin prosesə buraxılıb-buraxılmaması məsələsi açıq qalıb. Bu, məhkəmənin səlahiyyətində olan məsələdir”.

X.Bayramzadə bildirib ki, teleaparıcı ilə 3-4 gün əvvəl görüşüb və Mirzəyev özünü yaxşı hiss edir, səhhəti qaydasındadır. Bayramzadə Mirzəyevin digər vəkili Adəm Məmmədovla əməkdaşlığı dayandırmağından xəbərdar olsa da, bunun səbələri barədə məlumatsız olduğunu deyib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm