Kompüter oyunundan ilhamlanan manyaklar – GTA qatilləri
Bizi izləyin

Qırmızı.az

Kompüter oyunundan ilhamlanan manyaklar – GTA qatilləri

Moskva vilayətindən keçən yollara kəsici-deşici alətlər qoyaraq maşınların təkərlərini partladan, bu üsulla sürücüləri yolda saxlayaraq onları qətlə yetirən manyak dəstənin axtarışları davam edir.

Banda üzvlərinin qətlləri GTA adlı (Grand Theft Auto) kompüter oyununu xatırladır. Eynən oyundakı kimi, sürücüləri saxlayıb öldürürlər. Qətllərdə soyğunçuluq motivi olmur. Öldürülən 14 sürücünün heç birinin şəxsi əşyalarına toxunulmayıb.

Hətta qızıl-zinət əşyalarına da əl dəyməyiblər.

İstisna ancaq kompüter avadanlıqları və planşetlərdir. Elə əməliyyatçılar da məhz oğurlanmış elektron avadanlıqlardan birinin siqnalının izinə düşüblər.

Bundan başqa, hadisə yerlərindən birində cinayətkarlardan birinin ağız suyu tapılıb. Tapıntı DNK analizinə göndərilib.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin yüksəkçinli əməkdaşı Oleq Tolmaçov da qatillərin qurbanı olub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm